İ.Həcər Əbu Dabi-də AlphaTauri-ni sürəcək

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Əbu Dabi Qran Prisinin ilk sessiyasında İsak Həcərə şans verəcək.

F-1.az xatırladır ki, idman reqlamentinə görə bütün komandalar mövsüm ərzində ən az iki dəfə sərbəst yürüşlərdə gənc sürücülərə şans verməlidirlər.

Bu sürücülər maksimum halda iki yarışda iştirak edə bilər.

AlphaTauri komandası mövsümə Nik de Frizlə başladığı üçün bu haqqın ilkindən istifadə etmişdi. Komanda ikinci haqqını İsak Həcərlə istifadə edəcək.

Qeyd edək ki, fransalı sürücü Formula2-də Haytek komandasında çıxış edir və o, bu il ilk dəfə Əbu Dabidə Formula1 bolidinin sükanı arxasına əyləşəcək.

İsak hazırda Formula2-də 15-ci yerdədir və Red Bull Rinqdəki sprint yarışında podiuma yüksəlib. Həcər keçən il Red Bull-un gənc sürücü proqramına qatılıb. O, keçən il Formula3-də çempionluq uğrunda mübarizə aparmışdı.

Qeyd edək ki, Red Bull komandasının hazırda çoxlu gənc sürücüləri var. Həcər də onlardan biridir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*