F-1.az xəbər verir ki, unanıstanın Akropolis şəhəri yaxınlığında baş tutan rallinin son günü Hyundai komandasının başçısı Şon Kim sürücülərinə risk etməməyi və mübarizə aparmamağı tapşırıb. Bu tapşırığa ciddi əsas olub: komanda tam podiuma namizəd olub və yekunda Toyota-nın tarixi finişi təkrarlanıb.
Maraqlıdır ki, şirkət komanda əmri tətbiq etməyib və qələbəni mövsümdə ilk dəfə Tyerri Növill qazanıb. Belçikalı sürücü titula namizəd olan Ott Tənakı 15 saniyə qabaqlayıb. Podiumu isə veteran Dani Sordo tamamlayıb.
Ford-dan Pyer Luis Lube və Kreyq Brin sonrakı yerləri tutublar. Toyota-nın ən yaxşı nəticəsini isə Takamoto Katsuta göstərib – yaponiyalı sürücü ardıcıl 9-cu dəfə ilk altılıqda qərarlaşıb.
Titula namizəd Kalle Rovanperanın uğursuzluğu imkan verib ki, Ott liderlə fərqi 53 xala endirib – mövsümün sonuna isə 3 mərhələ qalıb. Növbəti dəfə çempionat iştirakçıları oktyabrın əvvəlində Yeni Zelandiyada bir araya gələcəklər…