Hyundai Formula1-ə gəlməyə hazırlaşır?

Almaniya mətbuatının verdiyi xəbərə görə Hyundai şirkəti Formula1-ə gəlmək istəyir.

F-1.az xatırladır ki, Formula1 idmandakı istehsalçıları artırmaq üçün motor reqlamentində böyük dəyişikliklər edir. Qarışıq MGU-H generatoru ləğv edilir. Əsas güc MGU-K generatoruna düşəcək. Bundan başqa güc qurğusu istehsalçılar üçün daha ucuza başa gələcək. Belə olan halda idmana gəlmək istəyən istehsalçıların sayı artır.

Honda 2026-cı ildə yenidən Formula1-ə gəlmək üçün danışıqlar aparır. Artıq tərəflər toplantı etməyə hazırlaşırlar.

Başqa bir iddiaya görə Hyundai da Formula1-ə gəlmək istəyir. Hətta, koreyalılar Formula1-in rəhbəri Stefano Domenikali ilə görüşüb danışıqlar aparıblar.

Qeyd edək ki, koreyalı avtomobil istehsalçısı hazırda Dünya Ralli Çempionatında çıxış edir və uğurlu nəticələr qazanır. Hyundai-dan başqa Ford da idmana gəlmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*