F-1.az xatırladır ki, Liberty Media Formula1-i maraqlı etmək üçün bütün avtomobil markalarını idmana cəlb etmək istəyir. Lakin, Honda-nın 2015-ci ildə idmana uğursuz qayıdışı digər istehsalçıların da gözünü qorxudub. Çünki Formula1-ə girmək böyük pullar tələb edir.
Albert Byermann: “Formula1 pulu yandırmaq deməkdir. Bizim üçün pulu yandırmağın başqa yolları var. Gələcək planlarda Formula1-ə yer yoxdur. Lakin, avtoidmanda özümüzü göstərmək istəyirik. Buna görə də TCR layihəsinə başlamışıq. TCR sürətlə inkişaf edir və buna ehtiyacımız var”.