Hyundai daimi sürücü axtarır

Hyundai komandasının rəhbəri Siril Abitebul bildirib ki, Dani Sordo qalan yarışlarda Kreyq Brini əvəz etməyəcək. Əvəzində uzunmüddətli alternativləri dəyərləndirəcəklər.

F-1.az xatırladır ki, bu il Sordo və Brin növbəli şəkildə yarışmalı idilər. Sordo 2014-cü ildən Hyundai-da olsa da, 2018-ci ildən bəri yarızamanlı yarışır.

Brin faciəvi formada öldükdən sonra Sordo Portuqaliya yarışına çağırılıb. Onun Sardiniyada da çıxış etməsi gözlənilir. Ancaq üçüncü maşınla bağlı plan hələ açıqlanmayıb.

Siril Abitebul: “Dani bütün rallilərdə iştirak etməyəcək. Heyətimiz gələcəkdə açıqlanacaq və hazırda bunu etmə mərhələsindəyik. Lakin bir açıqlama vermək üçün çox tezdir. Onu deyə bilərəm ki, buillik yox, növbəti iki il üçün alternativləri dəyərləndiririk.

Çox bəxtsiz hadisəyə görə buna məcbur qaldıq. Bu hərəkəti boşluq doldurmaq kimi görmək istəmirəm. Bunu komanda və şirkət üçün strateji qərar kimi görmək istəmirəm. Burada uzun illər yarışmağı ümid edirik. Buna görə də sürücü heyəti barədə uzunmüddətli düşünürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*