Hyundai Brinin şərəfinə yarışacaq

Hyundai komandası keçən həftə dünyasını dəyişmiş Kreyq Brini şərəfləndirmək üçün Xorvatiyada yarışacaq.

F-1.az xatırladır ki, irlandiyalı sürücü Xorvatiya yarışından əvvəl test edərkən qəzaya düşmüş və dünyasını dəyişmişdi.

Komanda mərhum sürücünün şərəfinə xüsusi rəng çaları ilə yarışacaq. Bundan başqa WRC rəhbərliyi də 42 nömrəni mövsümün sonuna qədər təqaüdə çıxarıb.

Siril Abitebul: “Bütün səhmdarlarla apardığımız toplantılardan sonra qərar verdik ki, Xorvatiya Rallisinə qatılaq. Bunu Kreyqin şərəfinə edəcəyik.

İki maşınla mübarizə aparacağıq və üçüncü maşını hörmət naminə geri çəkəcəyik. Hər iki maşın Kreyqin ailəsi, dostları və fanatlarına görə xüsusi rəng çalarında olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*