Hyundai artıq Hypercar sinifli maşın hazırlamağı düşünür

Koreyanın Hyundai korporasiyası ortamüddətli perspektivdə dözümlülük yarışları üzrə dünya çempionatında (WRC) debüt etmək üçün Hypercar sinfinin idman prototipinin yaradılmasını öz üzərinə götürməyə hazırlaşır.

F-1.az xəbər verir ki, Fransanın Auto Hebdo nəşrinə görə, hazırda Hyundai-də idman proqramlarının rəhbəri olan Siril Abitebul bu layihənin hazırlanması ilə məşğul olmaq üçün Williams-ın keçmiş texniki direktoru Fransua Ksavye Demezonu dəvət edib.

Hyundai-nin zavod komandası hazırda WRC çempionatında kifayət qədər yaxşı nəticə göstərir və onun i20 N Rally sürücüləri Tyerri Növill, Esapekka Lappi və Dani Sordo bu il bir neçə dəfə podiumda olublar. Uzun müddətdir ki, Koreya korporasiyasının digər avtoidman kateqoriyalarına marağı barədə söhbətlər gedir, lakin rəsmi açıqlamalar olmadığı kimi, indiyədək real irəliləyiş olmayıb.

Bununla belə, aprel ayında Abitebul açıqlamalarının birində “elektrik komponentin həlledici olacağı çempionatları diqqətlə izləmək” niyyətində olduğunu açıq şəkildə bildirib.

Toyota, Ferrari, Peugeot, Porsche və Cadillac zavod komandaları hazırda WEC-də hiperkar sinfində yarışır, BMW, Lamborghini və Alpine 2024-cü ildə qoşulacaq. Hyundai çempionatda növbəti istehsalçı olacaqmı?

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*