F-1.az xatırladır ki, koreyalılar 2022-ci ildən sonra Ott Tanak və Oliver Solberqlə yollarını ayırıb və onları Esapekka Lappi ilə Kreyq Brin əvəz edəcək. Hyundai-nin digər sürücüləri isə Terri Növill ilə Dani Sordo olacaq.
Yeni i20 Rally1-in ön kapotu, burun hissəsi, öndəki və arxadakı qanadları, güzgüləri, əksər detalları maşının performansı artırılsın deyə dəyişdirilib. Onlar 2023-cü ildə mavi və narıncı rəng çaları ilə yarışacaqlar.
Hyundai Motorsport-un rəhbəri Şon Kim: “Keçən il bizim üçün çətin olsa da, mükafat kimi il idi. Yeni texniki reqlamentlə işləmək və ilk hibrid maşınımızı yığmaq asan deyildi. Mövsümə pis başlasaq da, mübarizə apardıq və işlədik. Buna görə də mövsümün ikinci hissəsində ən yaxşı performans göstərən komanda olduq.
Keçmiş geridə qalsa da, 2023-cü ili 2022-ci ilin davamı kimi görürük. Çempionluq uörunda mübarizə aparmaq üçün hər şeyimiz var”.