Trasın rəhbəri Zsolt Qyulay bu barədə danışıb: “Tras aprelin 24-də keçiriləcək WTCC yarışına qədər hazır olmalıdır. Trasın genişlənməsi üçün bəzi işlər görüləcək. Bu, Formula1 yarışına təsir etməyəcək”.
Yenilənmələrdən sonra tras MotoGP yarışını da qəbul edə bilər.
F-1.az xatırladır ki, 2016-cı ilin Formula1 təqvimində öz yerini alan macar yarışı bu trasda iyulun 24-də keçiriləcək.