Hunqarorinq yenilənəcək

Macarıstan Qran Prisinin təşkilatçıları trasda hansı yenilənmələrin aparılacağını açıqlayıblar.

F-1.az xəbər verir ki, yenilənmələrin 2026-cı ilə qədər başa çatdırılması gözlənilir. Trasın F1 ilə müqaviləsi 2027-ci ilə qədərdir və onun daha 5 il uzadılması planlaşdırılır.

Jolt Gyulay, Macarıstan Qran Prisinin promouteri: “İnfrastruktur artıq Formula1-in tələblərinə cavab vermir. Boksların ölçülərinndən tutmuş padokun və əsas binanın eninə qədər hər şey yenilənməlidir.

Müqavilənin uzadılması ilə bağlı danışıqlara bir il əvvəl başlamışıq. Təqvimə Amerika mərhələlərinin daxil olması ilə Formula1-ə maraq daha da artıb. Beləliklə, indi biz müqavilənin 2032-ci ilə qədər uzadılması və əlavə beşillik variant haqqında danışıqlar aparırıq ki, bu da bizim müqaviləmizi Avropada ən uzun müddətli edəcək”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*