F-1.az xatırladır ki, Hunqarorinq 1986-cı ildən etibarən Formula1 təqviminə daxil olub və 2021-ci ilə qədər müqavilə imzalanıb. Son danışıqlardan sonra isə müqavilə 2026-cı ilə qədər uzadılıb.
Keçən il yarışdan əvvəl asfalt qatı yenilənmiş və sürücülər yeni asfaltda yarışmağın yaxşı olduğunu demişdilər.
Məsullar bildiriblər ki, əllərində olan resursları trasdakı bazanı yeniləmək üçün ayıracaqlar. İlk mərhələdə azarkeş sahələri və televiziya şərhçilərinin kabinələri təmir ediləcək. 2018-ci ildə isə pit yolu və qarajlar təmir ediləcək. Daha sonra isə ziyarətçi mərkəzi və muzey tikiləcək. Bu işlər yarışlara təsir etməyəcək.