F-1.az bildirir ki, Haas komandası Zandforta yeni ön qanad, burun və əyləc kanalı gətirmişdi. Lakin Niko Hülkenberq birinci sərbəst yürüşlərdə yerində fırlanıb və bariyerlərə çırpılaraq, ön qanadını zədələyib.
Bu hal Haas üçün ürəkaçan deyil, çünki almaniyalı sürücü ön qanadı test edirdi və bu qanad yeni qanad idi.
Günter Ştayner: “Ön qanad elə bil ki, zədələnib. Bu qanadın yeni və əlimizdə sadəcə bir ədəd olması yaxşı hal deyil.
Əlbəttə, bu qəzadan qaçmaq çox gözəl olardı. Nə qırılsaydı da, ön qanad qırılmazdı. Bunu təmir edib-etməyəcəyimiz hələ məlum deyil. Bunun mümkün olduğuna inanmıram.
Belə qanaddan yenə var, amma bunu riskə girib sərbəst yürüşlərdə ya da sıralanma turunda iatifadə etmək seçimləri arasında qalmışıq. Son qərar Niko ilə danışdıqdan sonra veriləcək. Ancaq nə edəcəyimizi bilmirik.
Əlbəttə, həmişəki kimi təkər yeyilməsi bağlı narahatlığımız var. Ancaq bu həftəsonu arxa əyləclər üçün yeni kanal test edirik. Bu da arxa təkərlərin temperaturunu azaldacaq. Görək bu, yarış tempində təkər yeyilməsinə necə təsir edəcək. Əlbəttə, yarışlardakı qədər dövrə vurmaq çətindir. Buna görə də hər şey bazar günü məlum olacaq”.