Hülkenberq yeni maşınla ilk dövrəsini vurub

Təxminən 10 gün əvvəl Haas VF-23 adlandırdığı yeni maşını trasa çıxarmışdı və həmin çəkiliş günündə yalnız Kevin Maqnussen sükan arxasına keçmişdi.

F-1.az xəbər verir ki, komandaya yeni qoşulmuş Niko Hülkenberq yalnız bu gün maşının imkanları ilə əyani tanış ola bilib. Niko Bəhreyndə təşkil olunan çəkiliş günündə bu imkanı əldə edə bilib.

Alman sürücü bir neçə gün sonra qış testləri çərçivəsində yenidən sükan arxasına qayıdacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*