Hülkenberq: Yarış məsafəsində sürətlənməliyik

Barselonada Niko Hülkenberq yarışa mövsümdə ən yaxşı mövqeyindən başlamışdı - yeddinci yerdən. Ancaq xal qazanmaq ümidləri özünü doğrultmadı...

F-1.az xəbər verir ki, Haas maşınlarında təkərlərin güclü aşınması səbəbindən o, finişdə yalnız on beşinci yeri tuta bildi.

Haas sürücüsü komandanın sıralanma turunda bir sürətli dövrədə maşının sürəti ilə yarış məsafəsi arasında optimal tarazlığı hələ tapa bilmədiyini və buna görə də şənbə və bazar nəticələri arasında belə böyük fərq olduğunu bildirib.

Niko Hülkenberq: “Yarış çətin keçdi. Təəssüf ki, təkərlərin yeyilmə dərəcəsi çox yüksək idi, ona görə də üç pit-stop etməli olduq, rəqiblərin əksəriyyəti isə iki dəfə dayandı, bəzilərində isə heç ikinciyə ehtiyac da yox idi. Eyni zamanda deməliyəm ki, bizim tempimiz elə onlarınki kimi idi.

İlk baxışdan bir dövrədə rəqabətədavamlı olduğumuz görünür, lakin uzaq məsafədə tempi artırmaq üçün hələ çox iş görülməlidir.

Yarış boyu təkərlərimin yeyilməsi, aşınması və deqradiyası çox yüksək səviyyədə idi. Startda dərhal sonra təkərlər çox tez “ölməyə” başladı, buna görə də geri düşməyə başladım. Biz erkən ilk pit stop etmək qərarına gəldik, lakin heç nə dəyişmədi – istər Medium, istər, hətta Hard təkərlərimiz çox tez yeyilirdi.

Əsas rəqiblərlə müqayisədə tempdən danışsaq, yaxşı idi, amma bir pit stop geridə idik. Mən onlara çata bilmədim və hətta təzə təkərlərlə də qabağa gedə bilmədim.

Bir dövrədə yaxşı sürətimiz var, amma 66 dövrəlik yarış məsafəsi göstərdi ki, həll yolu tapmalıyıq. Geridə qalanda imkan yaratmaq üçün nəsə etməliyik. İlk dövrələrdə təkərləri xilas edib, beş saniyəyə qənaət etsəydim, bu, yenə də yekun nəticəyə təsir etməzdi.

Rahat rejimdə təkərləri qoruyaraq yarışmaq fikrində deyildim. Davamlı hücum etdim, təkərlərin tükürpədici cığırtısını da eşitdim, amma bunu etməli oldum.

Təbii ki, yarışlarda daha rəqabətli olmağımıza üstünlük verərdim, amma bu il bizdə maşının xüsusiyyətləri belədir, yəni. şənbə və bazar günlərindəki sürət arasında daha yaxşı balans tapmaq lazımdır.

İndi uğurlu sıralanma turundan sonra yarışdan böyük gözləntilərimiz olur, amma finişdən sonra komanda nəticəyə görə depressiyaya düşür. Bununla məşğul olmaq və səbəblərini daim izah etmək asan deyil, ona görə də uzunmüddətli perspektivə işləməyə davam etməlisiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*