F-1.az xatırladır ki, alman və danimarkalı sürücünün arası 2017-ci ildə Macarıstan Qran Prisində dəyib. Daha doğrusu Maqnussen gələcək komanda yoldaşını trasda sıxışdırıb və daha sonra kameralar qarşısında ona qarşı kobud ifadə işlədib.
Niko Hülkenberq: “Biz keçən il mənim təşəbbüsümlə Bəhreyndə barışdıq. Mən start düzümündə Kevinə yaxınlaşdım, əlimi ona uzatdım və onun sözlərini onun üzünə təkrarladım. O da güldü.
O vaxtdan biz normal əlaqə saxlayırıq. O kobudluq artıq çox keçmişdə qalıb, artıq problem yoxdur. Əlbəttə, biz trasda mübarizə aparacağıq, lakin komandanın maraqlarını unutmaq olmaz”.