Hülkenberq: Abitebul artıq F1-də deyil, mən isə hələ buradayam

2019-cu ildə Daniel Rikkardo Renault-ya keçmişdi və çox uğurla çıxış edən Niko Hülkenberqin komanda yoldaşı olmuşdu, lakin növbəti mövsüm üçün Nikonun müqaviləsi uzadılmamışdı - Enstounda Esteban Okonu üstün tutmuşdular.

F-1.az xəbər verir ki, GP Racing-ə verdiyi müsahibədə Niko tanınmış bir sürücünün gəlişi ilə bağlı gözləntiləri doğrultmayan komandada atmosferin necə dəyişdiyindən danışıb.

Niko Hülkenberq: “Danielin komanda yoldaşı olmaq çətin deyildi, lakin həmin il komandada mənim üçün o qədər də müsbət olmayan hadisələr baş verdi ki, bu da rəhbərliklə bağlı idi.

Güclü bir sürücünü dəvət edəndə, səhmdarları inandırmalı və ona yüksək qiymət ödəməlisiniz. Lakin bolidin xüsusiyyətləri gözlədiyiniz və ya rəhbərliyə vəd edilənlərə uyğun gəlmirsə, təzyiq artır.

Nəticədə, mənim üçün uğursuz olan bəzi strateji qərarlar qəbul edildi. Xüsusilə, Monrealda mənə Rikkardodan arxada yeddinci yeri saxlamağı əmr etdilər. Bu an dönüş nöqtələrindən biri oldu.

O vaxta qədər mövsüm çətin keçirdi, amma mən mövqeləri dondurmaq qərarının nə ilə bağlı olduğunu başa düşmürdüm. Daha təzə təkərlərlə mən onu ən kiçik risk olmadan ötə bilərdim. Geriyə baxanda başa düşürəm ki, bu əmrə məhəl qoymamalı idim. Əlbəttə ki, onların xoşuna gəlməzdi, bu gərginliyə səbəb olardı. Nə olsun? Gərginlik daim baş verir, amma mövsüm davam edir, növbəti yarışa gəlirsiniz və hər şey tez unudulur.

Mövsümün ikinci yarısında mən artıq rəhbərliyin dəstəyini hiss etmirdim. Əvvəlki iki il ərzində qurduğumuz hər şey sanki əriyib getdi və bu mənim nəticələrimə təsir etdi. Maraqlıdır ki, beş il sonra Siril Abitebul artıq Formula1-də yoxdur. Mən də getmişdim, amma Frederik Vassyör qayıtmağıma kömək etdi və mən hələ də buradayam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*