HRT-nin maşınlarından birini Pirelli alıb

Biz dünən xəbər vermişdik ki, müflis olmuş HRT komandasının əmlakını İspaniyanın Teo Martin şirkəti alıb – şirkət avtomobil ehtiyatlarının utilləşdirilməsi […]

Biz dünən xəbər vermişdik ki, müflis olmuş HRT komandasının əmlakını İspaniyanın Teo Martin şirkəti alıb – şirkət avtomobil ehtiyatlarının utilləşdirilməsi ilə məşğul olur.

Amma Teo Martin komandanın ixtiyarında olan altı maşından beşini ala bilib, Reuters agentliyinin bildirdiyinə görə, altıncı maşını Pirelli şirkəti əldə edib.

Reuters-in istinad etdiyi Teo Martin-in nümayəndəsi təsdiq edib ki, 2011-ci ilin şassilərindən birini təkər istehsalçısı əldə edib. Pirelli isə xəbər verib ki, maşını özünün ənənəvi qara-sarı rəng çalarlarına boyamaq və diler mərkəzlərində şou-kar kimi nümayiş etdirmək istəyir. Xatırladaq ki, şirkət yeni təkərlərin testləri üçün 2010-cu ilin Renault maşınından istifadə edir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*