HRT komandasının buraxılmasından sonra komanda barədə heç xəbər yox idi, amma şayiələr gəzirdi ki, Berni Ekksltoun komanda üçün potensial alıcı axtarır. Autosport-un bildirdiyinə görə, komandanı Amerika və Kanada sərmayədarlarının Scorpion Group şirkəti ala bilər…
Sərmayədarlar artıq rəsmiləşdirmə və sənədləşmə işlərini başa vururlar, yaxın günlərdə rəsmi bəyanat verilməsi gözlənilir. Güman olunur ki, komanda HRT F112 yenilənmiş şassisi, Cosworth motoru və Williams ötürmələr qutusundan istifadə edəcək, komandanın bazası Silverstouna köçəcək.
Autosport-un məlumatına görə, layihə artıq Berniyə göstərilib və Formula1-in kommersiya başçısı raz qalıb – keçən uik-end o, sərmayədarlara məktub göndərərək maraqlanıb ki, “siz HRT komandasının aktivlərini almısınızmı? Əgər almısınızsa, onda FİA sizin ərizənizə müsbət cavab verə bilər…”
FİA Scorpion Racing komandasının planlarından xəbərdardır, amma 12-ci komandanı çempionata qaytarmğa tələsmirlər, çünki ərizə vermək üçün son tarix çoxdan keçib. Amma əgər komanda FİA-nı uzunmüddətli maliyyə büdcəsi, maliyyə yatırımı və biznes planı ilə əmin edə bilsə, 2013-cü ildə də komandaların sayı 12 ola bilər…