HRT F1 Team – F112 (video)

HRT komandası mövsümöncəsi testlərə cəmi bir gün gecikib – F112-nin yığılması dünən axşam başa çatıb və komanda bu gün səhər […]

HRT komandası mövsümöncəsi testlərə cəmi bir gün gecikib – F112-nin yığılması dünən axşam başa çatıb və komanda bu gün səhər yeni maşınını yerli jurnalistlərə təqdim edib. Milli Formula1 komandası bütün komandalar Barselona trasını tərk etdikdən sonra iki gün “çəkiliş günü” çərçivəsində trasda yeni maşınını yoxlayacaq.

hisp2
Komanda reqlamentə görə icazə verilən 100 km-lik məsafəni sürücülərini arasında bölüb – yeni maşını trasa birinci çıxarmaq şərəfi Narain Kartikeyana qismət olub, sabah trasda Pedro de la Rosa işləyəcək. Komanda iki gün ərzində maşının sistemlərini yoxlayacaq ki, Melburnda cümə günü sazlanmalarla işə başlaya bilsin…

hisp3
Yeni F112-nin burunu elementi mövsümün maşınlarına xas olan “pillə”yə malikdir, artıq üçüncü ildir ki, komanda Cosworth motorlarından istifadə edir. maşının təqdimatından gördüyümüz kadrlarda əsas sürücülər Pedro de la Rosa və Narain Kartikeyanla yanaşı komandanın başçıları Luis Peres Sala və Saul Ruis de Maroksu, eləcə də, ehtiyat sürücü Dani Klosu görürük.

Gözlənilmədən boksda Tonio Liutsi də peyda olub, italiyalı sürücünün komanda ilə formal müqaviləsi var, çox güman ki, sürücü yarış məsləhətçisi vəzifəsini icra edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*