Kristian Horner: “Keçənilki maşın ilə oxşarlığını görə bilərsiniz. RB18 o qədər yaxşı maşın idi ki, bu fəlsəfədən əl çəkməyin mənası yox idi. Üstəlik, biz hələ də yeni mövsümdə ortaya qoyacağımız konseptimizdə böyük potensial görürük”.
Xatırladaq ki, Red Bull bu ayın 3-də yeni maşını və rəng çalarlarını təqdim edib. Lakin bu, maşının son versiyası deyil və biz onu çox güman ki, yalnız yeni mövsümün startında görə biləcəyik.