Horner Volffun sürücülük karyerasını ələ salıb

Red Bull-un rəhbəri Mercedes-dəki həmkarının sürücülük karyerasından danışarkən rişxəndlə yanaşıb.

F-1.az xatırladır ki, Volff karyerasına 1993-1994-cü illərdə Avstriya Formula Ford çempionatında, bu əsrin əvvəllərində isə FIA GT seriyasında pilot kimi başlayıb. Formula Ford çempionatında öz kateqoriyasında 24 saatlıq Nürburqrinq yarışında qalib gəlib. Eləcə də, FİA GT seriyasında 2002-ci ildə bir yarışda qalib gəlib və mövsümü altıncı yerdə başa vurub.2006-cı ildə də 24 saatlıq Dubay marafonunda zəfər əldə edib.

Kristian Horner: “Nə deyə bilərəm ki, mən yarışlarda mübarizə apardım və Toto sadəcə o yarışlarda iştirak etdi. Ümumiyyətlə, əlbəttə ki, bu təcrübə sürücülərin indi yaşadıqları emosiyalar, qarşılaşdıqları bəzi çətinliklər haqqında fikir verir.

Kokpitdə olanda özünüzü olduqca tənha hiss edirsiniz. Belə hallarda komandanın sizə inandığını bilmək istəyirsiniz. Bu inamı artırır, insanı ruhlandırır. Düşünürəm ki, mənim üçün sükan arxasında keçirdiyim vaxtdan öyrəndiyim əsas məqam bu idi. Mən yaxşı və orta səviyyəli komandalarda çıxış etmişəm, amma sonda hər şey insanlardan asılı idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*