Horner Peresin şərhləri ilə razılaşmır

Peres bildirib ki, Ciddədəki qələbəni komandanın tək maşına yox, məcburiyyətdən iki maşına fokuslandığı üçün qazanıb.

F-1.az bildirir ki, komandanın rəhbəri onun sözləri ilə razılaşmır.

Kristian Horner: “İlk dəfədir ki, onun belə dediyini eşidirəm. 2005-ci ildə idmana gəldiyimizdən bəri biz həmişə iki maşını eyni səviyyədə idarə etmişik və həmişə iki ən yaxşı sürücünün onları idarə etməsini istəyirik.

2021-ci ildə Serxio Covid-19-un təsir etdiyi mövsümdən sonra – reqlamentin dəyişdirilməsindən əvvəl komandaya gəldi. Maşınla problemləri var idi, lakin keçən il özünü daha inamlı hiss etdi, 17 qələbəmizdən ikisini qazandı. Bu mövsümə də yaxşı başlayıb və Peresin işinin öhdəsindən əla gəldiyini görmək xoşdur.

Komandamız həmişə hər iki sürücünü ən yaxşı imkanlarla və mümkün olan ən yaxşı avadanlıqla təmin etməyə çalışıb. Hər şey onların trasdakı nəticələrindən asılıdır. Sürücülərimiz qarşılıqlı əlaqə qaydalarını bilirlər və komandanın maraqlarının hər şeydən üstün olduğunu başa düşürlər.

Təəssüf ki, bu il aerodinamik boruda vaxt məhdudiyyətləri səbəbindən digər komandalarla eyni inkişaf imkanlarımız olmaldı, ona görə də mövsümün ilk yarısında mümkün qədər çox xal toplamaq vacibdir, çünki rəqiblər daha sonra mütləq yaxşılaşacaqlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*