F-1.az xatırladır ki, Nyuinin hazırladığı maşınlar Avstriya təmsilçisinə 11 titul qazandırıb…
Kristian Horner: “Onun ürəyi hələ də Formula1-ə məxsusdur və o, inanılmaz dərəcədə komandamıza sadiqdir. Onunla müqavilələr və ya onların müddəti barədə danışmırıq, lakin Nyui hələ uzun illər bizimlə olacaq.
Ədrian komandamızın çox vacib və çox məşhur hissəsidir. Onun haqqında həmişə söz-söhbətlər gəzir, lakin F1-in təbiəti belədir. Onun uzun müddət bizimlə olması çox gözəldir və hazırda üzərində işlədiyimiz bəzi layihələrdə iştirak edir”.