Horner Nyu Yorkda yarış gözləyir

F-1.az xatırladır ki, Formula1 rəhbərliyi uzun illər ABŞ-da yarış keçirmək arzusunda olub və bu il eyni anda 3 ştat F1-ə ev sahibliyi edəcək. Horner isə dördüncüsünü gözləyir
Kristian Horner: “Yarışlardan birini dünyanın ən mühüm şəhərlərindən biri olan Nyu-Yorkda keçirsək, əla olardı. Bu, inanılmaz olardı! Bütün komandalar üçün xüsusi bir hadisə deməkdir!
İndi deyəsən mümkün deyil, amma “heç vaxt heç vaxt demə”. Bu yaxınlarda Monrealdakı yarışın kommersiya cəhətdən səmərəli olmadığını söylədilər, amma indi hər şey qaydasındadır. ABŞ-da Formula1-ə marağın durmadan artması çox gözəldir. İstər Mayami küçələri, istərsə də Ostində bir dövrə olsun, möhtəşəm arenalarda yarışdığımız üçün şanslıyıq… Bu il Las Veqasdakı yarış da hər kəs üçün inanılmaz hadisə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*