Horner: Aston Martin-ə müştəri komandası olmaq sərfəli deyil

Aston Martin İspaniyada keçirilən son yarışdan sonra Mühəndislər Kubokunda ikinci yeri Mercedes-ə uduzsa da, etiraf etməmək lazımdır ki, bu komanda real gücə çevrilir və tezliklə qələbəyə ciddi şəkildə iddia edəcək.

F-1.az xəbər verir ki, mövsümün ilk yeddi Qran Prisində Fernando Alonsonun beş podium qazanamsı bunun ən bariz sübutudur.

Silverstounda komanda bütün bölmələrinin bir dam altında birləşdirildiyi yeni müasir bazaya köçüb və ən yeni aerodinamik boru gələn il istifadəyə verilməlidir.

Nəhayət, 2026-cı ildə Aston Martin öz mühərriklərini təchiz edəcək Yaponiyanın Honda korporasiyasının prioritet müştərisinə çevriləcək. Hazırda komanda Mercedes-in istehsal etdiyi güc qurğularından və ötürmələr qutusundan istifadə edir.

2025-ci ilə qədər Honda ilə əməkdaşlıq etməyə davam edəcək Red Bull-un komanda başçısı Kristian Horner yaponların britaniyalılarla əməkdaşlığını qimətləndirib…

Kristian Horner: “Onlar hazırda rəqabətədavamlı mühərriklərə sahib olsalar da, gələcəkdə daha rəqabətədavamlı mühərrik əldə edəcəklər. Onlar yəqin ki, daha müstəqil olacaqlar, çünki güman edirəm ki, başqa bir komanda hazırda onlara şassi arxitekturasını diktə edir.

Lakin məhdud büdcələr şəraitində bu, çox bahadır, onların tədarük etdiyi komponentlərə görə yüksək vergi ödəməlisən, ona görə də Aston Martin-in müştəri komandası statusunda qalması maliyyə baxımından sərfəli deyil.

Honda-nın Formula1-də proqramını davam etdirməsi yaxşı haldır. Aydındır ki, bir il yarım və ya iki il əvvəlki siyasətlə müqayisədə onlar öz siyasətlərində 180 dərəcə dönüş ediblər. Düşünürəm ki, onların çempionatı tərk etmək qərarı bir çox cəhətdən bizi uzunmüddətli perspektivi təmin edəcək tədbirlər görməyə məcbur etdi və biz artıq mühərrik istehsalçısından asılı olmayacağıq.

Biz gələcəyimizə cavabdeh olmaq üçün Red Bull Powertrains mühərrik bölməsinin yaradılmasına sərmayə qoymuşuq. Bu çətin vəzifə 2026-cı ilə qədər tamamlanmalıdır, lakin biz bunu etməkdə çox maraqlıyıq və uzunmüddətli perspektivdə bu, öz bəhrəsini verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*