Genişprofilli Honeywell İnternational sənaye-texnologiya korporasiyası Lotus komandasının sponsoru ola bilər. Sportspro biznes-dərgisinin jurnalistinin bildirdiyinə görə, tərəflər razılığa gəliblər və müqaviləyə əsasən komanda hər il 30 milyon dollar qazanacaq.
Əgər şayiələr təsdiq olunarsa, onda Lotus komandasının maliyyə vəziyyəti xeyli yaxşılaşacaq – keçən ay komanda daha bir bazar nəhəngi – Coca-Cola şirkəti ilə müqavilə imzalamışdı…