F-1.az xatırladır ki, Toro Rosso komandası Bakıda sıralanma turunda zəif təsir bağışlamış və yarışda isə rəqiblərin problem yaşaması ilə bir xal qazana bilmişdi.
Toyoharu Tababe: “Bakıda maksimal sürətdə rəqiblərimizdən geridə idik və bu, gözlənilən idi. Amma bunların səbəbini araşdırıb təkmilləşməliyik. Güc qurğusunun elementlərini təkmilləşdirməyə çalışırıq və keçən ilə nisbətən daha güclü olduğumuz reallıqdır. Amma istədiyimiz gücdə deyilik. Bakıda çətin yarış olsa da, hər iki sürücümüz finişə çata bildi və Hartlinin xal alması bizi sevindirdi. Təbii ki, bizə bəxt də kömək etdi və eyforiyaya qapılmamalıyıq. Sürətlə inkişaf etməliyik”.