Honda yenidən Alonso ilə əməkdaşlığa qarşı deyil

Aston Martin-in güc qurğusu təchizatçısı kimi Honda-nın 2026-cı ildə Formula1-ə qayıdışı bu gün açıqlanıb.

F-1.az xəbər verir ki, bu elandan sonra mətbuatda komandanın gələcək heyəti barədə geniş müzakirələr başlayıb. Aydındır ki, yaponlar özlərinin himayədarlıq etdikləri Tsunodanı britaniyaya gətirmək istəyəcəklər. Digər tərəfdən, komandada hazırda çıxış edən Fernando Alonso vaxtilə McLaren-də çıxış edərkən Honda motorlarını sərt tənqid etmişdi – əgər ispaniyalı sürücü 2026-cı ilədək komandada qalarsa, onun çıxışı mümkündürmü?

Aston Martin-lə əməkdaşlığa həsr olunmuş mətbuat konfransında Honda Racing Corporation-ın prezidenti Koyci Vatanabe bildirib ki, o, pilotların seçiminə təsir etməyəcək və yenidən Alonso ilə qüvvələri birləşdirməyə etiraz etməyəcək.

Koyci Vatanabe: “Komandanın pilot heyətinin seçimi güc qurğusunun təchizatçısından asılı deyil, tamamilə komandadan asılıdır – bu, bizim məsuliyyət sahəmiz deyil. Ona görə də biz sürücülərin seçimini komandaya buraxırıq.

Alonsonun şərhləri bizə mühərriki təkmilləşdirməyə və Red Bull ilə titul qazanmağa kömək etdi. Mən Fernandonu görkəmli pilot hesab edirəm. Alonso yenidən sürücümüzə çevrilsə, onun maşını idarə etməsinə etiraz etməyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*