Honda yeni mühərriyində etibarlılıq probleminin olması xəbərlərini təkzib edib

Keçən mövsüm həm etibarlılıq, həm də güc baxımından rəqiblərindən olduqca geridə qalan Honda mühərriklərinin xeyli inkişaf etdiyi, amma eyni zamanda da etibarlılıq problemlərinin olduğu bildirilir...

F-1.az Marca-ya istinadən xəbər vermişdi ki, yeni mühərrik etibarlılıq baxımından istənilən səviyyədə deyil və komanda problemləri həll etmək üçün mövsümöncəsi ilk testlərə keçən ilin mühərriyi ilə qoşula bilər.

Lakin Honda-nın mətbuat katibi bu xəbərləri təkzib edib: “Yeni mühərriyimizin gücü və etibarlılığı barədə yayılmış xəbərlər yersiz şayiələrdən başqa bir şey deyil. Azarkeşlərimizdən və mətbuatdan da xahişimiz budur ki, bunu belə qəbul etsinlər. Barselonada keçiriləcək ümumilikdə 8 günlük testlər yekunlaşmamış bu barədə heç nə demək olmaz. Biz ondan sonra hansı vəziyyətdə olduğumuzu görə biləcəyik. Maşınımızı işə salmaq üçün səbrsizlənirik…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*