F-1.az bildirir ki, motosikletin rəng çalarında əfsanəvi Repsol rəng çaları olduğu kimi qalıb.
Komanda Markesin 2019-cu ildə çempion olmasından sonra çətin mövsümlər keçirmiş və son 3 mövsümdən ikisini qələbəsiz başa vurmuşdu.
Bütün problemlərə baxmayaraq, Repsol komandaya dəstək verməyə davam edir. Rəng çalarında dəyişiklik olmasa da, Honda Racing loqotipində dəyişikliyi görürük.
Komandanın sürücü heyətini isə iki Dünya Çempionu təşkil edir: Mark Markes və Xoan Mir. Beləliklə, Yaponiya təmsilçisi 2019-cu ildən sonra ilk dəfə iki Dünya Çempionu ilə yarışacaq.