Honda Racing komandasının nümayəndəsi bildirib ki, komanda yeni mövsümə hazırlaşmaqda davam edir və Avstraliya Qran Prisinin startına çıxmaq əzmindədir. BBC-nin saytında komandanın bəyanatı yerləşdirilib…
“Vaxt məhdudiyyəti və son tarix barədə söylənilən şayiələrə çox fikir vermək lazım deyil. Yeni maşın üzərində iş qrafik üzrə gedir. Biz nikbinliklə çalışırıq, lakin hələlik çox şey deyə bilmirik.”
Formula1 dairələrində şayiələr gəzir ki, komandanın satılması barədə razılaşma artıq əldə olunub və bəzi xırdalıqların həlli qalıb: son söz isə Honda Motor konserninin direktorlar şurası səviyyəsində deyilməlidir.