Biz dünən Bruno Sennanın Honda Racing komandası ilə müqavilə bağlaması barədə gəzən şayiələrdən xəbər vermişdik, bu isə dolayı yolla komandanın xilas edildiyindən xəbər verdiyi halda, bu gün yeni məlumat alınıb – Ross Braun komandanın əməkdaşlarını yeni mövsümə hazırlaşmaları üçün toplaşmağa çağırıb. Crash.Net saytının yazdığına görə, Braun əməkdaşalrın hər birinə email göndərib və məktubunda bildirib ki, zəruri müqavilələr imzalanıb, komandanın gələcəyinə təminat verilib və hamı maşının Melburnda ilk yarışa hazırlanması ilə məşğul olmalıdır.
Qeyri-rəsmi məlumatlara görƏ komanda beş sponsorla müqavilə imzalayıb, çox güman ki, Mercedes motorlarını alacaq, sükan arxasına Censon Batton və Bruno Senna oturacaqlar. Bizə isə rəsmi məlumatları gözləmək qalır…