Honda təqdimat tarixini açıqlayıb

Honda komandası təqdimat tarixini dəyişib. Yeni RC321V motosikleti fevralın 22-də Madriddə təqdim olunacaq.

F-1.az bildirir ki, tədbir Madriddə baş tutacaq. Təqdimat komandanın 1995-ci ildən bəri sponsoru olan Repsolun İspaniyadakı ofisində olacaq.

Bu il komandanın sürücü heyətində dəyişiklik olub. Pol Esparqaronu 2020-ci ilin Dünya Çempionu xoan Mir əvəz edəcək.

Xatırladaq ki, son 3 mövsüm Yaponiya təmsilçisi üçün heç də yaxşı keçməyib. Buna görə azarkeşləri onlardan güclü motosiklet gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*