Honda sürətdə Renault-ya çatacaq?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Honda qış tətilində çox işləyib və yeni mövsümdə Renault səviyyəsində olacaq.

F-1.az xatırladır ki, Toro Rosso komandası bu ildən Honda mühərriklərindən istifadə edəcək. Bəzi iddialara əsasən, Red Bull da gələn ildən yaponların istehsal etdiyi mühərriklərə keçə bilər.

Helmut Marko: “Honda-dan razıyıq. İndiyə kimi çox yaxşı işlədilər. Bu ortam bizi təəccübləndirdi. Səhvlərindən dərs çıxararaq, ən yaxşı nəticəni göstərməyə çalışırlar. Stend testləri mühərriyin güclü olduğunu göstərdi. Düşünürəm ki, mövsümün ortasında Renault ilə eyni səviyyədə olacaqlar.

Reqlament dəyişib və gələn il istifadə edəcəyimiz mühərriyi yay tətilində açıqlamalıyıq. Hər şeyi təhlil edərək ən doğru qərarı verəcəyik. Tələsmək lazım deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*