F-1.az xəbər verir ki, komanda Aston Martin Aramco Honda adlanacaq və əslində yapon istehsalçısı üçün zavod komandasına çevriləcək ki, bu da rəhbərliyin qarşıya qoyduğu məqsədə – çempionluq titulu uğrunda mübarizəyə gedən yolda güc qurğusunun şassiyə optimal inteqrasiyasına imkan verəcək.
Martin Vitmarş, Aston Martin Performance Technologies-in baş direktoru: “Mercedes əla tərəfdaş olub və olmaqda davam edir. Onlar qazanmaq istəyirlər, biz də qazanmaq üçün buradayıq – bu iki missiyada müəyyən uyğunsuzluq var, ona görə də bu qərarı verdik.
Bir nömrə olmaq istəyirsənsə, Mercedes-i də məğlub etməlisən və intellektual mülkiyyət, avadanlıq və komponentlər baxımından onlardan asılı olanda belə güclü təşkilatı məğlub etmək son dərəcə çətindir.
Əvvəllər komandamız təvazökar büdcə ilə yaxşı nəticələr əldə edə bilirdisə, indi vəziyyət dəyişib. Biz qalib gəlmək istəyirik və 2026-cı ilin texniki reqlamentin yenilənməsi yalnız komponentlərin və hissələrin tam fiziki inteqrasiyasını deyil, həm də əməliyyat prosesləri səviyyəsində tələb edəcək. Tam işgüzar əməkdaşlıq olmadan qalib gəlmək mümkün deyil, ona görə də biz bu qərarı verdik və Honda kimi fantastik tərəfdaşa malik olduğumuz üçün çox şadıq”.