Honda Silverstouna yenilənmiş mühərriyini gətirir

Honda son yarışlarda bir qədər yaxşılaşan nəticələrdən sonra Böyük Britaniya Qran Prisinə də yeniliklərlə gəlməyi qərara alıb.

F-1.az xatırladır ki, bu həftənin əvvəllində çıxan xəbərlərdə yaponiyalı motor istehsalçısının Silverstona yeniliklər gətirmək mövzusunda tərəddüd etdiyi bildirilirdi. Kanada Qran Prisindən əvvəl turbini inkişaf etdirməyə nail olan Honda indi də diqqətini daxili yanma mühərriyinə yönəldib. Hər iki sürücünün Silverstounda yeni daxili yanma mühərriyindən istifadə etməsinə qərar verilib.

Honda bu yeniliklə at qüvvəsinin artırılmasını hədəfləyir. Lakin çox ciddi güc artımı olacağı da gözlənilmir. Bu yenilənmə üçün 2 şərti baldan istifadə edildiyi bildirilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*