Honda qərar verə bilmir

Honda-nın texniki direkroru Tooyoharu Tanabe bildirib ki, dördüncü versiya mühərriki nə zaman gətirəcəklərini bilmir.

F-1.az xatırladır ki, Honda bu mövsüm yarışlarda üç güc qurğusundan istifadə edib. Yaponlar sonuncu güc qurğusunu Fransa yarışına gətirmişdilər və artıq onunla 5 yarış keçirilib. Növbədə isə mühərriyə tələbkar olan Belçika və İtaliya Qran Priləri var və iki yarışdan birində yeni versiya mühərriyin gətirilməsi gözlənilir

Toyoharu Tanabe: “Komandalarla tez-tez danışırıq və yeni versiya mühərriyi hansı yarışa gətirəcəyimizə qərar verəcəyik. Hazırda heç nə bilmirik və hər şeyə danışıqlardan sonra aydınlıq gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*