F-1.az bildirir ki, yaponiyalı mühərrik istehsalçının yenilikləri güc qurğusunun performansını 40 at qüvvəsi artıra bilər.
Brendon Hartli: “Rəqəmləri dəqiq bilmirəm. Bunu Honda və ya Toro Rosso-dan soruşmaq lazımdır. Lakin düşünürəm ki, yeniliklər çox böyük təsir yaradacaq”.
Pyer Qasli: “Fərqi görmək üçün cümə gününü gözləyəcəm. Bəzən Formula1-də işlər gözlənildiyi kimi getmir. Ancaq çox həyəcanlıyam”.
Qeyd edək ki, Mercedes, Ferrari və Renault-nun da Kanadaya yeniliklər gətirməsi gözlənilir.