F-1.az xəbər verir ki, Mclaren Honda “sıfır bədən” dizaynına görə etibarlılıq problemləri yaşayıb və ona görə də uğurlu olmayıb.
Honda-nın avtoidman şöbəsinin rəhbəri Yasuhisa Arai bildirib ki, yeni mühərrik demək olar ki, Mercedes-in mühərriki ilə eyni ölçüdədir, amma onlar “sıfır bədən” ideyasından əl çəkməyəcəklər.
Marca qəzeti xəbər verir ki, Honda mühərriki ilkin testlərə əsasən çox güclüdür, amma mühərrikdə etibarlılıq problemləri hələ də davam edir.
Mühərrikin ən böyük problemi isə onun həddən artıq qızmasıdır. Honda keçən il turbonu valın 12 min dövriyyəsində istifadə edə bilirdisə, builki mühərrik 10 min dövroiyyədə qızır.
Bundan başqa Barselona testlərinin ilk günündə Fernando Alonsonun trasa çıxacağı gözlənilir…