Honda-nın güc qurğusu 200 at qüvvəsi güclənəcək?

İspaniyada dərc olunan Diario AS qəzeti öz mənbəyini açıqlamadan yazır ki, Honda-nın 2016-cı il üçün hazırladığı güc qurğusu keçənilkindən 223 at qüvvəsi güclü olacaq...

F-1.az xatırladır ki, Honda-nın daxili yanma mühərriyi 2015-ci ildə Mercedes-dən 70 at qüvəsi zəif idi, enerjinin rekuperasiya sistemi (ERS) 163 at qüvvəsi geri qalırdı – bu fərq özünü xüsusilə uzun düzlüklərdə göstərirdi.

Keçənilki problemləri aradan qaldırmaq üçün Sakurada yerləşən Honda zavodunun əməkdaşları fasiləsiz gündə 24 saat işləyiblər. Kompleks tədbirlər nəticəsində, xüsusilə də turbinin böyüdülməsi və ERS-in soyutma sisteminin yerdəyişməsi nəticəsində güc qurğusunun effektivliyini ciddi artırmaq mümkün olub – stend hesablamaları göstərir ki, 200 at qüvvəsindən çox fərqi aradan qaldırmaq mümkün olub, indi hesablamaları praktikada təsdiq etmək lazımdır.

Bundan başqa, Piter Prodormunun başçılıq etdiyi aerodinamika şöbəsindən şassini təkmilləşdirmək tələb olunur: havaya qarşı müqaviməti artırmadan asfalta yatma qüvvəsini çoxaltmaq lazımdır. Əgər Uokinqdə bu vəzifənin öhdəsindən gələ bilsələr, Honda motorçuları isə həqiqətən güclü motor hazırlasalar, onda McLaren komandasının builki inkişafı Ferrarinin keçənilki inkişafına bərabər ola bilər.

AS qəzeti yazır ki, komandanın yarış direktoru Erik Bulye komanda qarşısında çətin vəzifə qoyub – artıq Avstraliya Qran Prisində ilk beşlikdə finiş görmək lazımdır. Amma komandanın real inkişafını artıq bir aydan sonra Barselonada fevral testlərində də qiymətləndirmək olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*