Honda-nın daha böyük turboya ehtiyacı var

Honda Motorsport-un başçısı Yasuhisa Arai daha böyük turbo planlaşdırdıqlarını deyib.

F-1.az xatırladır ki, Honda Formula1-ə qayıtdığı ilk mövsümündə uğursuz çıxış edib. Ancaq komandanın 2016-cı ildə daha güclü olacağı gözlənilir.

Arai bu haqqda fikirlərini bildirib: “Turbonun ölçüsü mühərrikin yüksək təzyiqli hava ehtiyacı qarşısında çox kiçik idi. Bu da mühərrikin gücünü dirsəkli valın dəqiqədə 12 min dövrəsində məhdudlaşdırırdı. Uzun sözün qısası, kiçik ölçü pis nəticələr gətirdi.

Elə də böyük dəyişiklik olmayacaq. Hələ də yığcam mühərrikə sahib olacağıq. Amma turbonun böyük ölçüdə olmasına ehtiyacımız var. Yenə eyni konseptdə olacağıq, amma bəzi kiçik detalları bir az böyüdəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*