Honda-nın bu il üçün hazırladığı mühərriklərdə problem var!?

Keçən mövsüm digər mühərriklərdən daha zəif olan Honda mühərrikləri eyni zamanda, etibarlılıq cəhətdən də pilotları tez-tez çıxılmaz vəziyyətdə qoyurdu.

F-1.az xatırladır ki, bir müddət əvvəl Honda-nın mühərrikin gücünü 223 at qüvvəsi artıra bildiyi iddiaları ortaya atılmışdı. Amma bu məlumat rəsmi şəkildə təkzib edilmişdi. Buna baxmayaraq, hamı Honda-nın keçənilkindən daha güclü mühərrik hazırladığına inanır.

Auto Hebdo jurnalında yer alan məlumatda isə bildirilir ki, bu inkişaf etibarlılıq problemlərini də özü ilə gətirəcək. Artıq mühəndislər indiyə qədər mühərrik üzərində edilmiş testlərdə bu problemlərlə qarşılaşıblar.

Jurnalda o da bildirilib ki, məlumatlara görə, Honda 4 mühərrikin kifayət etməyəcəyini bildiyindən indidən əlavə mühərriklər hazırlamağa başlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*