F-1.az xəbər verir ki, bu mövsüm Honda-nın mövcud problemləri həll etməsi və komandanın daha güclü olması gözlənilir.
Bu barədə danışan Arai bildirib: “Melburndakı yarışa qədər ERS və etibarlılıq problemlərini həll etmək istəyirik. Hədəfimiz sıralanma turlarında 3-cü seansa çıxa bilməkdir. Podium zəfərləri istəyirik, amma bunun nə vaxt, hansı yarışda baş verəcəyini deyə bilmərəm. Biz addım-addım inkişaf etməliyik. İlk addım da 3-cü seansa yüksələ bilməkdir”.