Honda müqavilədən imtina edib?

Almaniya mətbuatında nahardan sonra Honda-nın Sauber komandası ilə olan müqaviləni ləğv etməsi barədə şayiələr peyda olub. Bu həqiqətən belədirsə, yaponlar gələn il Sauber-i motorla təchiz etməyəcəklər.

F-1.az xəbər verir ki, şayiələrdə guya Honda rəhbərliyinin Sauber-də baş verənlərdən, xüsusilə də Monişa Kaltenbornun istefasından narazı olduğu bildirilir.

Auto Bild McLaren-dəki mənbələrinə istinadən yazır ki, yaponlar Sauber-in yeni rəhbərliyinin qərarından məyus olublar, çünki onlar məhz Kaltenbornla müqavilə barədə razılığa gəlmişdilər. Komandada yaranan qeyri-müəyyənliyə görə Honda öz öhdəliklərindən imtina etmək qərarına gəlib.

Əgər deyilənlər doğrudursa, Sauber-in yenidən Ferrari motorlarına qayıtmaqdan başqa əlacı qalmayacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*