Honda mühərriyində problemlər davam edir

Toro Rosso komandasının sürücüsü Pyer Qasli Avstraliya yarışında MGU-H problemi yaşadığı üçün mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, fransalı sürücü Avstraliyada mübarizəni dayandırmış, komanda yoldaşı Brendon Hartli isə yarışı bitirən 15 sürücü arasında sonuncu olmuşdu.

Pyer Qasli: “Mənim üçün yaxşı başlanğıc olmadı. 12-ci döngədən sonra mühərrik dayandı. Ötürmələri artıra bilmirdim. Əlbəttə, çox məyus oldum. Hamı növbəti yarış üçün bu problemi həll etməyə çalışacaq. Testlərdə problem olmadı. İndi belə halla qarşılaşmaq utancvericidir. Kaş bu hal testlərin son günündə olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*