Honda mühərrikli sürücülər cərimələnəcəklər

Honda mühərriyindən istifadə edən sürücülər Rusiya yarışında cərimələnəcəklər.

F-1.az bildirir ki, Ferstappen və digər sürücülər strateji addım ataraq, Rusiyada mühərrik dəyişəcəklər. Xatırladaq ki, Honda dördüncü versiya mühərriyi Belçika və İtaliya yarışlarına gətirmişdi.

Honda Motorsport Rusiya yarışından əvvəl verdiyi açıqlamada bildirib ki, sadəcə iki yarışdan sonra – Rusiyada yeni daxiliyanma mühərriyinə keçəcəklər. Bununla da, Yaponiya təmsilçisi Suzukadakı ev yarışında daha yeni mühərriklə yarışacaq.

Ferstappen, Elbon və Qaslinin sadəcə daxiliyanma mühərriyi dəyişdiriləcəyi üçün startda sadəcə 5 yer itirəcəklər. Lakin Kvyatın güc qurğusunda daha çox element dəyişdiriləcəyi üçün yarışa sonuncu yerdən başlayacaq.

Ferstappen bu il beş mühərrik dəyişdirdiyi halda, Mercedes və Ferrari sürücüləri sadəcə üç mühərrikdən istifadə ediblər. Kvyat və Qasli isə müvafiq olaraq 6-cı və 7-ci mühərriyə keçəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*