F-1.az xəbər verir ki, hazırda Sakuradakı bazada motorun dördüncü versiyası üzərində iş gedir və yeni motorun Belçika yarışından etibarən maşınlara quraşdırılacağı bildirilir.
Yusuke Haseqava: “Digər istehsalçıların da bizdəki konseptdən istifadə etdiklərini bilirik. Düzdür, onların dəqiq konstruksiyası bizə tam məlum deyil. Buna görə də, hansı gücə nail olacağımızı demək mümkün deyil. Doğru istiqamətdə olduğumuza əminik, lakin qarşıya qoyulan məqsədə çatmaq üçün hansı elementləri tətbiq etməli olduğumuzu bilmirik. Hər şeydən əvvəl, daxiliyanma mühərriyinə köklənmişik. Eyni zamanda yanacaq sərfiyyatı, köməkçi elementlər və s. üzərində də işləyirik – bütün bunlar motorun gücünü artıra bilər”.