Honda Kaleks şassisindən istifadə etmir

Honda komandasının sürücüsü Ştefan Bradl bildirib ki, onlar Kaleks şassisini sınamayıblar.

F-1.az bildirir ki, bəzi dedi-qodulara görə Honda komandası Xeresdəki ikigünlük testlərdə Kaleks şassisi ilə işləyib.

Ştefan Bradl: “Kaleks şassisindən istifadə etdiyimiz barədə dedi-qodular var. Sizə düzünü deyəcəm – belə şey yoxdur. Yeniliklər var idi, amma nə danışdığıma fikir verməliyəm. Xüsusi testə aid gizli məlumatlardan danışırıq. Ancaq sizi əmin edirəm ki, Kaleks şassisindən istifadə etməmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*