F-1.az xatırladır ki, Honda mühərrikləri testlərdə yaxşı təsir bağışlasalar da, ilk yarışda Qasli MGU-H probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Fransalı sürücü Bəhreyn yarışında yeni daxiliyanma mühərriyi, MGU-H və turbodan istifadə edəcək. Brendon Hartlinin güc qurğusunda da eyni detallar dəyişdiriləcək.
Qeyd edək ki, bu mövsüm hər sürücü üç daxili yanma mühərriyi, MGU-H və turbodan istifadə edə biləcək.