Gələn il Honda Formula1-ə qayıdacaq – şirkət McLaren komandasını yeni motorlarla təchiz edəcək, keçən həftəsonu isə şirkətin iki məsul şəxsi Melburnda yeni mövsümün startını izləyib. Honda F1-in başçısı Yashisa Arai və texniki direktoru Kazuo Sakurahara Avstraliya Qran Prisinə qeyri-rəsmi səfər ediblər. Japan Today qəzetinə müsahibəsində Arai vəziyyəti şərh edib…
Yasuhisa Arai: “Əgər siz qələbə qazanmaq istəmirsinizsə, onda yarışmağın heç bir mənası yoxdur, ona görə də biz top-komanda ilə müqavilə imzaladıq. Bu gün benzin mühərriyinin FİƏ-sini (faydalı iş əmsalını) artıra biləcək texnologiya yoxdur, amma biz bunun üzərində işləyəcəyik ki, gələcəkdə bu cür texnologiyalar yol maşınlarında da istifadə oluna bilər.
Texniki inkişaf nöqteyi nəzərindən biz əsrin əvvəllərini şirkət üçün itirilmiş hesab edirdik. Amma indi reqlamentdəki ciddi dəyişikliklər sayəsində Formula1 görünməmiş texnoloji mübarizə meydanına çevrilib. Nəticədə biz təsəvvür edə bilmirik ki, gələn il nəyə nail olacayıq.
Yeni güc qurğusu üzərində iş? Problemsiz ötüşməyib, amma indi mən işlərin gedişindən razıyam”.